Çərşənbə axşamı Kərim Əbdül-Cabbarın rekordunu yeniləyərək MBA tarixinin ən məhsuldar oyunçusu adını ələ keçirən Lebron Ceyms zədə səbəbindən mövsümü başa vura bilər. Sport24.az xəbər verir ki, topuğundan zədələnən Ceymsin müalicə kursu çətin keçir.

Xatırladaq ki, cari mövsüm 38 yaşlı basketbolçu 44 oyuna orta hesabla 30,2 xal, 8,5 ribaund və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Lebronun atış faizi isə 50,8-ə bərabərdir.

Onu da bildirək ki, “Leykers” 26 qələbə və 31 məğlubiyyətlə Qərb Konfransında 13-cü yeri tutur.