Keçmiş MMA döyüşçüsü Çeyl Sonnen MBA ulduzu Lebron Ceymsin dopinqdə istifadədə günahlandırıb. Sport24.az xəbər verir ki, o, mətbuata açıqlamasında hər şeydən xəbərdar olduğunu söyləyib: “Dünya başa düşsəydi ki, Lebron nə hoqqalardan çıxır... Siz bilsəydiniz, onun istifadə etdiyi preparat iş qabiliyyətini necə gücləndirir. Belə bir adam tanıyıram ki, o da məhz bu maddələrdən istifadə edirdi. Lebron eritropoetin maddəsindən yararlandır. Həmin maddə orqanizmdə eritrotsitlərin sayını artırır. Bu, idmançıya dözümlülük verir”.