Gələn il Parisdə keçiriləcəik Yay Olimpiya Oyunları ərəfəsində Rusiya idmançılarının iştirak perspektivi qeyri-məüyyən olaraq qalır. Sport24.az xəbər verir ki, BOK-un onların neytral statusda iştirak etmək tövsiyyəsi birmənalı qarşılanmır.

Bəzi federasiyalar bu ölkənin idmançılarına müəyyən şərttlər daxilində iştirak etməyə icazə versə də, bəziləri bundan imtina edir.

Rusiya Basketbol Federasiyası da hazırda qeyri-müəyyən şəraitdə fəaliyyət göstərir. Qurumun prezidenti Andrey Kirilenko mətbuata açıqlamasında çıxılmaz vəziyyətdə olduqlarından danışıb: “Konkret bir qərar qəbul edilməlidir. Ya bizi yarışlara buraxmalıdırlar, ya da “yox” deməlidirlər. Hamımız çıxılmaz vəziyyətdə qalmışıq. Deyəsən, komanda idman növlərində bizə şans yaratmayacaqlar. Ümid fərdi idman növlərinədir. Əlbəttə, istərdik ki, idmançılarımız dünyanın hər yerində yarışsınlar, amma hazırda bu mümkünsüzdü. Viza medxanizmi işləmir və hər yerdə də bizə qarşı təxribat iolacaq. Yeniyetmələr arasında yarışlara gəlincə, valideynləriin öz övladlarını hansısa Avropa ölkəsinə göndərəcəyinə inanmıram. İndiki məqamda bizi öz sıralarında görmək istəyən Asiya federasiyalarına müraciət etmək lazımdır. Rusiya Basketbol Federasiyasının Asiya Basketbol Konfederasiyasının bir üzvünə çevrilməsini istəyərdim. Amma həmişəlik yox, müvəqqəti. Oynamamaqdansa, oynamaq yaxşıdır. Amma yaxın vaxtlarda Avropa basketboluna qayıdacağımızı gözləmirəm”.