ABŞ-ın “Rolling Stone” nəşri bu günlərdə ölkə ictimaiyyətini sarsıdan material dərc edib. Sport24.az xəbər verir ki, nəşrin iddiasına görə, MBA əfsanələrindən olan Karl Meloun “Leykers”in lideri Kobi Brayantın həyat yoldaşı Vanessa Brayanta “tamah salıb”.

Belə ki, 2003/04 mövsümündə Meloun Los Anceles klubunda çıxış edərkən “Steypls Senter”in yaxınlığında Kobinin xanımına yaxınlaşıb. Vanessa ondan “kovboy, sən burada kimin ovuna çıxmısan” sualını verəndə Meloun “gənc meksikalı qızların” cavabını verib (xatırladaq ki, Brayantın həyat yoldaşı meksikalıdı-red.).

Bununla yanaşı, bir dəfə Meloun Vanessaya dizlərinin üstündə oturmağı da təklif edib. Nəhayət günlərin birində Kobinin həyat yoldaşı Karla “mənim ərim var, sən isə mənim atam yaşındasan” cavabını verib. Deyilənə görə, sonradan məsələdən xəbərdar olan Kobinin Melounla arası dəyib.