Keçən mövsüm MBA-da ilin debütantı seçilən ''Orlando''nun ağır forvardı Paolo Bankero ABŞ yığmasında oynamağa üstünlük verib. Sport24.az xəbər verir ki, onun qarşıdan gələn dünya çempionatında amerikalıların heyətində olacağı gözlənilir.
Bu arada İtaliya Basketbol Federasiyasının prezidenti Canni Petruççi bu qərarına görə gənc oyunçunu sərt şəkildə tənqid edib. Çünki Bankeronun İtaliya vətəndaşlığı da var və onun məhz italyanları seçəcəyi gözlənilirdi: ''Təbii ki, onun seçiminə təsir göstərə bilmərik. Bu, onun şəxsi seçimidi. Amma ən azından hörmət xatirinə zəng vurub bizə bu qərarını bildirə bilərdi. Biz də qərarı başqaları kimi mətbuatdan öyrənməzdik. Bu yaxınlardan Milana gəlmişdi. Onunla şifahi anlaşma əldə etməyimizə baxmayaraq yığmanın baş məşqçisi Poççekko ilə görüşməkdən imtina etdi. Satqınlıq, xüsusilə də basketbolda ağır sözdü. Amma belə şeylər baş verir və buna artıq öyrəşmişəm. Sadəcə Bankero tək məni yox, hamımızı aldatdı. Onun üçün gözəl kommersiya strategiyası hazırlamışdıq. Artıq bu vərəqi çevirib irəli boylanmalıyıq. Bu üzgünlüyü pozitiv enerjiyə çevirməliyik. Əminəm ki, məşqçimiz bunun öhdəsindən gələcək''.