"İlk yarıda bir az mübarizədən düşdük. Amma sonuncu periodda oyunçular matçı qazanmaq üçün çox istəkli idilər".

Sport24.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Bedri Meriç deyib.

Azərbaycan Basketbol Liqasında "Sumqayıt"a 86:82 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, komandası mövsümün son matçında əzimkarlıq nümaiş etdirib: "Daha yaxşı şəkildə müdafiə olunduq. Ribaundlarda da yaxşı oynayıb qalib gəldik. Bu cür oyuna görə basketbolçulara təşəkkür edirəm. Azarkeşlər də bizi lazımınca dəstəklədilər. Mövsüm ərzində bəzi oyunlarda səhvlər etdik. Ona görə daha yuxarı yerlərdə ola bilmədik".

Qeyd edək ki, "Gəncə" mövsümü 5 qələbə 13 məğlubiyyətlə 9-cu pillədə tamamlayıb.