"Xəzri" - "Sərhədçi" oyunlarını izlədim. Debütant favorit hesab olunurdu və iki qələbə qazanaraq, yarımfinala adladı". Sport24.az xəbər verir ki, bunu NTD-İNDİQO-nun kapitanı Elşad Şirzadov deyib.

 

Azərbaycan Basketbol Liqasında yarımfinalda "Xəzri" ilə qarşılaşacaq Xaçmaz klubunun basketbolçusu bildirib ki, onlardan fərqli, rəqib qısa müddətdə üç matç keçirdiyindən yorğun olmaları istisna deyil: "Bizim üçün fərq etmir. Hər iki komandada zədəli oyunçular yoxdur. Bu da çox vacibdir. Hər gün məşq edirdik. Yarımfinala hazırlaşırdıq. Komanda yaxşı formadadır. Pley-off mərhələsində psixologiya xüsusi rol oynayır. Psixoloji cəhətdən də hazırıq. Ölkə kubokunun yarımfinalında "Xəzri" ilə oynadıq və məğlub olduq. İndi pley-offun yarımfinalında onlara qarşı mübarizə aparacağıq. Bu dəfə fərqli olacaq. Hər kəs qarşıdakı oyuna köklənib".

 

Şirzadov sözlərinə görə, hər 2 komandanın şansları bərabərdir: "Bu matçlarda favorit yoxdur. Hər bir komanda uğur qazanmaq üçün əlindən gələni edəcək. Azarkeşləri tribunalardan bizə dəstək olmağa dəvət edirik. Onları çox maraqlı oyunlar gözləyir".

 

Qeyd edək ki, NTD-İNDİQO "Xəzri" matçı sabah keçiriləcək.