''Denver''in ulduzu Nikola Yokiçə heyranlığını etiraf edən sabiq əfsanələr sırasına Kevin Qarnett də qoşulub. Sport24.az xəbər verir ki, Şöhrətlər Zalının üzvü daha çox Yokiçin sadəlövlüyünə və təvazökarlığına heyran qalıb: ''Nikola Yokiç indiyə qədər həyatımda gördüyüm ən təvazökar əclafdı. Bir basketbolçunun MBA çempionluğunu qazanmasına bu dərəcədə sakit reaksiya verməsi sadəcə inanılmazdı. Elə bil sıradan bir uğur əldə edib. Həlledici oyundan sonra onu daha çox öz qızı maraqlandırırdı. İnsanlar onu çempionluğu qeyd etməyə və ya parada dəvət edirdi. Amma Yokiç ilk növbədə evinə uçmaq barədə düşünürdü. İkinci belə bir basketbolçu yoxdu. Ən azı mən tanımıram. Çempionluğa həsr olunmuş şəkildə Yokiçi gördüzmü? Komandası çempion olmuş lider basketbolçunun indiyə qədər 3-cü cərgədə dayandığını görməmişdim. Həmin şəkildə o nəinki komanda yoldaşlarının, hətta bəzi klub işçilərinin, dostlarının və qohumlarının da arxasında dayanıb''.