''Los Anceles Leykers''i 4:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə MBA-nın finalına yüksələn ''Denver Naqqets''in oyun qurucusu Camal Marrey Şərq Konfransının finalını izləmələri haqda danışıb. Sport24.az xəbər verir ki, Şərq Konfransının finalının 7-ci oyununda ''Mayami'' səfərdə ''Boston''u 103:89 yenərək ''Denver''in rəqibi olub.

Marrey həmin seriyanın bütün oyunlarına baxdığını vurğulayıb: "Son matçı bütün komanda ilə izləyirdik. Kimlə oynayacağımızı bilmirdik. Ona görə də həm ''Mayami''ni, həm də ''Boston''u incələyərək onların hər ikisinə qarşı hazırlaşmışdıq. Təbii ki, rəqibimiz bəlli olduqdan sonra psixoloji cəhətdən bizə asan oldu. Konkret oyun planı müəyyənləşdirərək ona uyğun hazırlaşmağa başladıq''.

Qeyd edək ki, finalın ilk oyunu bu gecə keçiriləcək.