"Gəncə" basketbol komandasının iki üzvü Azərbaycan millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, kapitan Elşad Şirzadov və Cəbrayıl Əkbərov yığmaya çağırılıb.
Basketbolçular noyabrın 21-də 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxacaqlar. Millimiz İrlandiyada meydan sahibləri ilə qarşılaşacaq.