Kayri İrvinqin “Dallas Maveriks”ə keçidindən sonra Kevin Dürant da “Bruklin Nets”i “Finiks Sanz”a dəyişib. Sport24.az xəbər verir ki, 34 yaşlı ulduz basketbolçusunun gedişi müqabilində “Bruklin” Mikal Brices, Kemeron Conson və Ca Krauderi heyətinə qatıb.

Bununla yanaşı, “Bruklin” “Finiks”in 2023, 2025, 2027 və 2029-cu illərdəki draft hüququnu da ələ keçirib. Yeri gəlmişlən, Dürantla yanaşı Ti Cey Uorren də “Bruklin”ə keçib.

Xatırladaq ki, Dürant 2019-cu ildən “Bruklin”də çıxış edirdi. O, bu mövsüm “Nets”in heyətində keçikrdiyi 39 oyuna orta hesabla 29,7 xal, 6,7 ribaund və 5,3 məhsuldar ötürmə ilə yadda qalıb.