Əfsanəvi Maykl Cordanın oğlu Markus digər əfsanə Skotti Pippenin sabiq həyat yoldaşı Larsa ilə sevgi münasibətindədi. Sport24.az xəbər verir ki bu,, bəlkə də hazırda ABŞ-da ən çox müzakirə olunan cütlüklərdən biridi.
Özü də Pippen Cordan haqda ağzına gələni danışmağa, faktiki olaraq onu qısqanmağa başladıqdan bir müddət sonra onun keçmiş həyat yoldaşı Cordanın oğlu ilə görüşməyə başlayıb. Onların arasında 17 yaş fərq var.
Markus Cordan qatıldığı podkastda ilk dəfə bu xanımla münasibətindən danışıb: ''Mətbuatın sayəsində bizim münasibətlərdən dərhal hamı xəbər tutdu. Sevgili olmamışdan öncə sadəcə, dost idik. Bəzən harasa gedib söhbət edirdik. Amma görüşməyə başlamağımız ictimaiyyətə bəlli olduqdan sonra atam dərhal mənə zəng vuraraq bunun həqiqət olub-olmadığını soruşdu. Mən də təsdiqlədim. Əslində, atam hər zaman hər məsələdə mənə dəstək olub. Elə bu məsələ də istisna olmadı. O, sadəcə, məni xoşbəxt görmək istəyir. Ona görə də problem yaranmadı. Bilirəm ki, bu xəbər hər kəs üçün əsil şok oldu. Bunu ikimiz də gözəl anlayırdıq. Amma valideynlərimizin bu münasibətə normal baxdığını biləndə həm Larsanın, həm də üzərimdın sanki yük götürüldü''.