MBA-nın əfsanəvi oyunçularından olan Skotti Pippen “Çikaqo”da oynayarkən sabiq komanda yoldaşı Maykl Cordan haqda təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, Mayklın məhz onun sayəsində ucaldığını söyləyib: “Mən “Çikaqo”ya keçənə qədər Cordanın oyununu görmüşdüm. Elə siz özünüz də görmüsünüz. Mən “Bulls”un oyunçusuna çevrilənə qədər Maykl dəhşətli dərəcədə zəif oyunçu idi. Hər oyunda hər şeyi təkbaşına həyata keçirmək istəyirdi, atışları da bərbad alınırdı. Amma mən “Çikaqo”da vəziyyəti dəyişdim. Biz bir yerdə qalib gəldik. Hamı Cordanın mənə qədər necə oyunçu olduğunu unutdu”. Xatırladaq ki, Cordanla Pippen birgə “Çikaqo”da 6 çempionluq qazanıb.