“Qolden Steyt Uorriors”un prezidenti və baş meneceri Bob Mayers postunu tərk edib. Sport24.az xəbər verir ki bu barədə təcrübəli funksionerin özü məlumat verib.

Belə ki, o, gedişini artıq komandanın çempionluğa oynaya bilməməsi ilə əlaqələndirib.

Mayersin rəhbərliyi altında kaliforniyaılıar son 10 ildə 4 dəfə MBA çempionu olub. Bu müddət ərzində 48 yaşlı mütəxəssis iki dəfə liqanın ən yaxşı meneceri seçilib. Mayersin müqaviləsi bu ayın sonunda başa çatır. Klubun sahibinin yeni sözləşmə təklif etməsinə baxmayaq, Bob vəzifəsini tərk etmək qərarılna gəlib.

Onu da bildirək ki, bu mövsüm “Qolden Steyt” Qərb konfransının yarımfinalında “Los Anceles Leykers”ə məğlub olmuşdu.

 

 

KAMAL RZA