"Mayami''nin lideri Cimmi Batler öz səhifəsində paylaşdığı videoda gözəl mövsümə görə komanda yoldaşlarına təşəkkür edib. Sport24.az xəbər verir ki, 33 yaşlı basketbolçu bu mövsümkü performansa görə komanda yoldaşları ilə fəxr etdiyini açıqlayıb: "Təbii ki, hər zaman qarşıya qoyulan hədəfə çatmağa çalışırıq. Amma digər tərəfdən, keçdiyimiz yolun və birlikdə yaşadığımız gözəl anların da dəyərini bilməliyik. Bu komanda birləşməyi bacaranda çox şeyə qadir olduğunu göstərdi. Hamınızı sevirəm və işinizə böyük dəyər verirəm''.

Xatırladaq ki, ''Mayami'' öz konfransında müntəzəm mövsümü 8-ci pillədə başa vuraraq final seriyasına qədər irəliləməyi bacarmışdı. ''Hit'' MBA tarixində bu uğura nail olan cəmi 2-ci komanda oldu. Amma həlledici seriyada ''Mayami'' ''Denver''ə 1:4 uduzaraq mövsümü 2-ci pillədə tamamladı.