''Boston'' və ''Çikaqo''nun sabiq basketbolçusu Brayan Skalabrini Skotti Pippenin bugünlərdə verdiyi açıqlamaya münasibət bildirib Sport24.az xəbər verir ki. Pippenin əfsanəvi Maykl Cordana qarşı kompleksi artıq neçə ildi davam edir.

Son dönəmlərdə 1990-cı illərin möhtəşəm ''Çikaqo''sunun qazandığı uğurlarda öz rolunu artırmağa və Cordanın rolunu azaltmağa çalışan Pippen ən son yenə də Mayklın ''Çikaqo''ya gələnə qədər çox zəif oyunçu olduğunu demişdi.

Skalabrininin bu açıqlamaya reaksiyası belə olub: ''Bu sözləri demək üçün yalnız narkotik qəbul etməlisən. Bəlkə Pippen həqiqətən narkotik qəbul edir? Cordan hər zaman - karyerasının əvvəlindən etibarən əla basketbolçu olub. Bir dəfə Denni Eync mənə dedi ki, Cordanı gördüyü ilk gündən etibarən onun tarixin ən yaxşı basketbolçusu olduğunu anladı. Biz hər birimiz, hətta Larri Börd bilirdi ki, Maykl hamıdan üstündü. Və bütün bunlar Skotti Pippen komandaya gəlməmişdən əvvəlki dönəmə aiddi''.