Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan yığması 1/4 finalda ev sahibi Fransaya qarşı mübarizə aparıb.
Basketbolçularımız güclü rəqiblə görüşdə 20:21 hesabı ilə uduzublar.
Qeyd edək ki, millimiz D qrupunda Filippinlə 22:17 hesabı ilə qalib gəlib, Niderlanda 12:21 hesabı ilə uduzub. Komandamız növbəti mərhələyə qrup ikincisi kimi yüksəlib.