Azərbaycan Basketbol Liqasında 3-cü tura start verilib.

Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Hər iki görüş Sərhədçi İdman Mərkəzində baş tutub.

Turun açılış oyununda "Sabah" "Neftçi” İK ilə oyunda 70:65 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar oyunçuları "Sabah"dan Kamran Məmmədov (16 xal) və "Neftçi"dən Mohsen Moradxani (12 xal, 8 ribaund) olub.

Günün ikinci matçında "Gəncə” "AAAF Xırdalan"ı 94:84 hesabı ilə məğlub edərək, 6 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ən məhsuldar basketbolçular qalib komandadan Cəbrayıl Əkbərov (33 xal, 5 ribaund) və Xırdalan təmsilçisindən Deymon Makdouel (35 xal, 8 ribaund) olub.

Turun digər iki görüşü oktyabrın 29-da keçiriləcək. NTD "Zirvə Astara" ilə, "Olimpik Şəki" isə "Sərhədçi" ilə qarşılaşacaq.