Bsketbol üzrə İspaniya çempionatının final seriyasında ''Barselona''a ''Real''ı 3:0 hesabı ilə məğlub edərək çempion olub. Sport24.az xəbər verir ki, özü dı ''Barsa'' son qələbəni rəqib meydanında əldə edib.

Amma kataloniyalıların baş məşqçisi Şarunas Yasekyaviçyus matçın ardından keçirilən mətbuat konfransında diqqəti başqa məqama yönəldərək sərt açıqlamalar verib. Onun dediyinə görə, ''Real''ın ev oyunlarını keçirdiyi ''Wizink Center'' arenasına ayaq basdıqları andan etibarən yerli fanatların təhqirləri ilə üzləşiblər. Xüsusilə də ''Barselona''nın nigeriyalı basketbolçusu Ceyms Nnaci irqçi təhqirlərə məruz qalıb. 47 yaşlı litvalı mütəxəssis bir müddət öncə ''Real''ın futbol komandasının üzvü Vinisius Juniorun yaşadığı qalmaqalı xatırladaraq bunları deyib: ''Burda yaşananlar haqda danışmaq istəyirəm. Bu cür şeylər baş verməməlidi. Vinisiusun başına gələnlərdən sonra hamı irqçiliyi qınadı. Amma di gəl ki, ''Real''ın meydanında biz özümüz irqçiliyin qurbanı olduq və artıq bu haqda danışmağın zamanıdı. Bu durum ''Real''ın dəyərləri ilə ziddi. Çox əsəbiyəm və söz tapa bilmirəm. Oyunçunun hansı klubda oynamasının önəmi yoxdu. İrqçilik probleminə artıq birdəfəlik son qoyulmalıdı! Nnaci ilə danışmamışam. İndi hansı durumda olduğunu bilmirəm. Hamımız onu çox sevirik. Çünki yaxşı insandı. Onun dediklərini dinləməli və bu problemi aradan qaldırmağa çalışmalıyıq''.