Sonuncu dəfə 2010-cu ildə basketbol üzrə Avroliqanı qazanan “Barselona”nın bu müddət ərzində xərclədiyi məbləğ məlum olub. Sport24.az xəbər verir ki, kataloniyalılar qitənin ən nüfuzlu klub turnirinin qalibi olmaq üçün heyətə 300 milyon avrodan artıq pul xərcləyiblər.

Bu mövsüm “Barsa” turnirdə 37 milyon avroluq büdcə ilə oynayırdı. Şarunas Yasikyaviçyusun komandası “Dördlər finalı”na vəsiqə qazansa da, yarımfinalda “Real Madrid”ə, 3-cü yer uğrunda görüşdə “Monako”ya məğlub olaraq turniri medalsız başa vurub.

Bəzi mənbələrin yazdığına görə, mövsüm başa çatdıqdan sonra klub büdcəsini 20-25 faiz azaldacaq. Komandanın baş məşqçisi Şarunas Yasikyaviçyusun da istefaya göndəriləcəyi istisna olunmur.