“Barselona”nın baş məşqçisi Şarunas Yasikyaviçyus istefaya göndərilə bilər. Sport24.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşrinə istinadən xəbər verir ki, yaxın günlərdə klub litvalı mütəxəssislə müqaviləyə xitam veriləcək.
Kaunasda keçirilən avroliqanın yarımfinalda “Real Madrid”ə məğlubiyyətdən sonra klub rəhbərliyi Şarasla əməkdaşlığı davam etdirmək istəmir. Üstəlik, onun basketbolçularla münasibəti də ideal vəziyyətdə deyil. “Barselona”nın oyunçuları hər məğlubiyyətə görə məşqçinin onları qınamasından narazıdır.
Yasikyaviçyusun istefasından sonra bu posta komandnın sabiq baş məşqçisi Xavyer Paskual gətirilə bilər. Məhz onun başçılığı altında “Barselona” 2009/10 mövsümündə Avroliqanın qalibi olmuşdu. Hazırda Paskual Sankt-Peterburqun “Zenit” klubunu çalışdırır.