"Anadolu Efes''i Türkiyə çempionu edərək ayrılan və ''Panatinaikos''un yeni baş məşqçisinə çevrilən Ərgin Ataman gələn mövsüm üçün hədəflərindən danışıb. Sport24.az xəbər verir ki, heyətin güclənəcəyini vurğulayan təcrübəli mütəxəssis hazırda klu prezidenti və baş menecerinin Avropada kifayət qədər tanınan bir neçə önəmli basketbolçularla danışıqlar apardığı ı açıqlayıb: "Avropada indi yüksək səviyyəli oyunçular üçün ''transfer pəncərəsi'' hələ tam açılmayıb. Əminliklə deyə bilərəm ki, komandada ciddi dəyişikliklər olacaq. Yeni qurulacaq heyətlə qarşıya yalnız Avroliqada ''dördlər finalı''na yüksəlmək və ölkə çempionu olmaq kimi ciddi hədəflər qoyulacaq. İndidən ad açıqlaya bilmərəm. Amma güclü oyunçuları cəlb edəcəyik. Təxminən 2-3 həftə sonra heyət formalaşmağa başlayacaq''.