Fevralın 20-də tarixində 72-ci dəfə keçiriləcək MBA “All Star” matçına hazırlıq davam edir. Sport24.az xəbər verir ki, indiki məqamda hər şeyin azarkeşlərin ürəyincə olduğunu da söyləmək olmaz.

Məsələ ondadır ki, liqanın 3 aparıcı basketbolçusundan olan lan Stefen Körri (Qolden Steyt), Kevin Dürant (Finiks) və Zayon Uilyamsson (Nyu Orlean) zədə səbəbindən Solt-Leyk Sitidə keçiriləcək “ulduzların matçı”nda meydana çıxa bilməyəcək.

MBA-nın rəsmi saytının məlumatına görə, Entoni Edvards, De`Aron Foks və Paskal Siakam bu 3 basketboçunun əvəzinə şouya cəlb olunub. “Minnesota”da çıxış edən Edavrdsla “Sakramento”nun ulduzu Foks karyerasında ilk dəfə “All Star” matçına dəvət alıbsa, “Toronto”dan Siakam ikinci dəfə bu imkanı əldə edib.

Yeri gəlmişkən, Körri, Dürant və Uilyamssonun zədələnməsindən sonra “Filadelfiya”dan Coel Embiid, “Yuta”dan Lauri Markkanen və “Memfis”dən Ca Morant ehtiyatdan çıxarılaraq əsas heyət oyunçusu kimi parketə qədəm basacaq.