Basketbol üzrə Adriatik Liqada mövsümə yekun vurulub. 2001-ci ildən keçirilən bu turnirdə Bosniya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Serbiya, Sloveniya təmsilçiləri iştirak edir.

Bu ilki finalda iki əzəli rəqib - ''Partizan'' ilə ''Srvena Zvezda'' üz-üzə gəlib. Seriyanın həlledici - 5-ci oyunu keçirilib. ''Partizan'' doğma fanatları önündə 96:85 qalib gələrək seriyada hesabı 3:2-yə gətirdi və çempionluğu rəsmiləşdirib.

Bununla da əfsanəvi Jelko Obradoviçin başçılığı altında ''Partizan'' bu turnirdə 10 ildən sonra 1-ci, tarixində 7-ci titulunu qazanıb. ''Partizan'' Adriatik Liqanın ən çox qalibi olmuş klubdu.

Xatırladaq ki, ''Partizan'' 1992-də tarixinin yeganə Avroliqa çempionluğunu da məhz elə Obradoviçin başçılığı altında qazanıb.