Basketbol üzrə ABŞ millisinin avqustun 25-də start götürəcək dünya çempionatından əvvəl hazırlıq planı məlum olub. Sport24.az xəbər verir ki, avqustun əvvəllərindən hazırlığa start verəcək dünyanın ən titullu yığması bu müddət ərzində 5 yoldaşlıq görüşü keçirəcək.

Stiv Kerrin komandası ilk oyununu avqustun 7-də Las Veqasda Puerto Riko yığmasına qarşı keçirəcək. Daha sonra bu komanda İspaniyaya yola düşəcək və iyunun 12-də Malaqada Sloveniya, bir gün sonra isə meydan sahibləri ilə qarşılaşacaq. Ordan Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq “yankilər” iyunun 18-də Əbu-Dabidə Yunanıstan, 20-də Almaniya milliləri ilə üz-üzə gələcək. Məhz bundan sonra amerikalılar mundialın qrup mərhələsinin oyunlarını keçirmək üçün Filippinin paytaxtı Manilaya yola düşəcək. Burda ABŞ basketbolçuları pley-offa vəsiqə qazanmaq üçün Yeni Zelandiya, Yunanıstan və İordaniya yığmaları ilə qarşılaşacaq.