MBA-da baş tutan draft izləmə reytinqlərini alt-üst edib. Sport24.az xəbər verir ki, məlumatı ''Sportsmediawatch'' yayıb.
Builki draftı ABŞ-da orta hesabla 3,74 milyon insan izləyib. Müqayisə üçün deyək ki, bu, ötən ilki draftın izləyici sayından 23 faiz çoxdu.
Bu baxımdan əvvəlki rekord 2015-də qeydə alınmışdı. Həmin vaxt draftı orta hesabla 3,73 milyon insan izləmişdi.
Daha bir maraqlı göstərici draftın birinci raundu ilə bağlıdı. Bir nömrə ilə seçilən basketbolçu ''San Antonio''ya qismət olan Viktor Vembanyama oldu. Birinci raundu orta hesabla 4,93 milyon insan izləyibmiş. Ən həlledici məqamda, yəni Vembanyama səhnəyə çıxdıqda bu göstərici hətta 6,09 milyona çatıb.
MBA-dan olan hər tipik canlı yayın kimi draft da həmin gün şou verilişlər içində bütün yaş kateqoriyalarında ən çox izlənilən veriliş olub. Maraq üçün bildirək ki, 2003-də Lebron Ceymsin bir nömrə ilə seçildiyi draftı ABŞ-da orta hesabla yalnız 2,83 milyon izləmişdi.