MBA-nın şərq konfransında çıxış edən ''Milluoki'' yeni baş məşqçi ilə bağlı seçimini edib. Sport24.az xəbər verir ku, ''Baks'' rəhbərliyi Edrian Qriffin ilə ''Qolden Steyt''in köməkçi məşqçisi Kenni Etkinson arasında seçim edərək üstünlüyü birinciyə verib.

Bu qərarı komandanın əsas ulduzu Yannis Adetokumbo da dəstəkləyib. Maraqlıdı ki, Qriffin 15 ildi məşqçilik sahəsində olsa da, heç vaxt müstəqil məşqçi kimi çalışmayıb. Bu, onun ilk təcrübəsi olacaq. 48 yaşlı Qriffin 2008-də oyunçu karyerasını bitirdikdən sonra 2 il ''Milluoki''nin məşqçilər korpusunda işləmişdi. Daha sonra o, ''Çikaqo'' (2010-15), ''Orlando'' (2015-16), ''Oklahoma'' (2016-18) və ''Toronto''da (2018-23) köməkçi məşqçi kimi çalışmışdı. Bu vəzifədə 2019-da ''Reptors'' ilə çempion olmuşdu. '

"Milluoki''ni isə son 5 mövsümdə Mayk Budenholtser çalışdırırdı. Bu mövsüm ''Baks'' şərq konfransını lider kimi tamamlasa da, pley-offun ilk mərhələsində ''Mayami''yə 1:4 yenilmiş və Budenholtser ilə yollar ayrılmışdı.