"Kəpəz" növbəti yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Gəncə klubu səfərdə "Turan Tovuz" ilə qarşılaşıb.

 

Qərb derbiso qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gəncəlilərdən qolları hücumçular Samir Qurbanov və Emil Qasımov vurublar.

 

Xatırladaq ki, "Kəpəz" qış hazırlığında ilk yoxlama matçında "Neftçi"yə Bakıda 0:1 hesabıyla uduzmuşdu.