"Qarabağ" İkinci Qarabağ Müharibəsinin iştirakçılarının arzusunu reallaşdırıb. Sport24.az xəbər verir ki, Vətən torpaqlarının işğaldan azad olunmasında iştirak edən iki əsgərimiz videomüraciətlə Ağdam klubundan hədiyyə istəmişdilər.
Və "Qarabağ" onların istəyini gerçəkləşdirib. Belə ki, baş məşqçi Qurban Qurbanovla baş menecer Asif Əsgərov həmin əsgərlərə arxalarında adları olan, ağ rəngli 7 və 13 nömrəli formaları hədiyyə edib.