Azərbaycan Premyer Liqasında qış fasiləsi yaranıb. Sport24.az xəbər verir ki, budəfəki fasilə qısamüddətli - cəmi 27 günlük olduğundan, klublar vaxt itirmədən heyətlərinə əl gəzdirməyə başlayıblar.

 

Hələlik yalnız “Zirə” azad agent olan Bəxtiyar Həsənalızadə ilə müqavilə imzalayıb. Əvəzində “Neftçi”, “Zirə” və “Keşlə”də ilk ayrılıqlar reallaşıb.

 

Qeyd edək ki, yanvarın 10-da rəsmən açıqlanacaq 2020/21 mövsümünün qış “transfer pəncərəsi” fevralın 10-da bağlanacaq.

 

 

"Neftçi"  

Gələn:  

Gedən: Prins İbara (“Beerşot”, Belçika, icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli ("Sumqayıt", icarə)  

Müqavilə müddətini uzadan: yoxdu

 

"Qarabağ"  

Gələn: yoxdu  

Gedən: Musa Qurbanlı ("Zirə", icarə)  

Müqavilə müddətini uzadan: yoxdu

 

"Zirə"  

Gələn: Musa Qurbanlı ("Qarabağ", icarə)  

Gedənlər: Kayo Rangel, Rəşad Eyubov  

Müqavilə müddətini uzadan: yoxdu

 

"Sumqayıt"  

Gələnlər: Cabir Əmirli ("Neftçi", icarə), Mehdi Şərifi, Höccət Haqverdi (hər ikisi "Peykan", İran), Dmitri Nağıyev ("Dinamo-Avto", Moldova)

Gedən: yoxdu  

Müqavilə müddətini uzadan: yoxdu

 

"Qəbələ"  

Gələn: yoxdu  

Gedən: yoxdu  

Müqavilə müddətini uzadan: yoxdu

 

"Səbail"  

Gələn: yoxdu

Gedənlər: Arsen Ağcabəyov ("Sabah", icarəsi başa çatıb), Murad Qayalı, Əli Sadıxov, Orxan Qurbanlı, Bəxtiyar Rəhmani ("Dalkurd", İsveç), Elgün Nəbiyev  

Müqavilə müddətini uzadan: yoxdu

 

"Keşlə"  

Gələnlər: Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtredia", Gürcüstan), Sadio Tounkara ("Narva-Trans", Estoniya)  

Gedənlər: Aleksandr Kristovao, Şahrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots

Müqavilə müddətini uzadan: yoxdu

 

"Sabah"  

Gələnlər: Bəxtiyar Həsənalızadə, Arsen Ağcabəyov ("Səbail", icarədən qayıdıb), Tiemoko Fofana (“İlves”, Finlandiya, icarə) 

Gedən: Yevgeni Koçuk, Ozan Can Kökçü ("Telstar", Hollandiya, icarə) 

Müqavilə müddətini uzadanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov