Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Macarıstanda təşkil olunmuş beynəlxalq “Savaria” turniri çərçivəsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız üçüncü görüşünü Çexiyaya qarşı keçirib.
 
Oyun rəqib komandanın qələbəsiylə başa çatıb – 3:0 (25:18, 25:19, 25:17).

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda ev sahibi Macarıstana 2:3 hesabıyla uduzmuşdu. Yığmamız daha sonra Niderlanda da 0:3 yenilmişdi.