"Murov Az Terminal" voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Belarus millisinin sabiq üzvü Vera Klimoviçi transfer edib.
Mərkəz blokçusu mövqeyində çıxış edən 38 yaşlı voleybolçu yeni mövsümdən "Murov Az Terminal"ın formasını geyinəcək.
Klimoviç ötən mövsüm "Milli Aviasiya Akademiyası"nda çıxış edib. 185 sm boya malik oyunçu karyerası ərzində Bakının "Lokomotiv", İtaliyanın "Kazalmaqcore" və Finlandiyanın "LP Viesti" komandalarında da oynayıb. O, "Kazalmaqcore" ilə İtaliya çempionu, "Lokomotiv"lə Çağırış Kubokunun qalibi olub.