Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro ildə 4 milyon avro qazandığı barədə yayılan xəbərləri təkzib edib. Sport24.az xəbər verir ki, bu barədə o, bu barədə "UzDaily" portalına açıqlama verib:

 

"İllik maaşım 4 milyon avro deyil. Bu cür yalan məlumatlar çox tez-tez təkrarlanır və buna inanmağa dəyməz".

 

Özbəkistan millisi DÇ-2026-nın qrup mərhələsində keçirdiyi hər 3 oyunda məğlub olub.

 

Qeyd edək ki, İtaliyalı məşqçi 2025-ci ildən Özbəkistan millisini çalışdırır. Kannavaro karyerası ərzində Zaqreb "Dinamo"su, "Udineze", "Benevento", Çin millisi və "Tianjin Quanjian" komandalarının "sükanı arxasında" olub.