"Araz-Naxçıvan"dan ayrılan Slavik Alxasov karyerasını "Şamaxı"da davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi heyətini təcrübəli müdafiəçi ilə gücləndirməyə hazırlaşır.

 

Tərəflər arasında aparılan danışıqlar müsbət məcrada davam edir.

 

Qeyd edək ki, "Araz Naxçıvan" Slavik Alxasovla bağlanmış müqaviləyə futbolçunun xahişi əsasında xitam verib.