Qadın voleybolçulardan ibarət milli komandalar arasında dünya çempionatının qalibi müəyyənləşib.

Sport24.az xəbər verir ki, final oyununda Serbiya milli komandası Braziliya yığmasına qalib gəlib.

Niderlandın Apeldorn şəhərində keçirilən görüş 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə serblərin xeyrinə başa çatıb.

Üçüncü yer uğrunda oyunda İtaliya ABŞ komandasına qalib gəlib - 3:0 (25:20, 25:15, 27:25).

Serbiya turnirdə məğlub olmayan yeganə komanda oldu. Çempionat zamanı serblər Tokio Olimpiadasının qalibi olan ABŞ yığmasını iki dəfə - birinci mərhələdə və yarımfinalda məğlub ediblər.

Bu komanda ikinci dəfə dünya çempionatının qalibi olub. Serblər ilk birinciliyi 2018-ci ildə əldə ediblər.