İyulun 20-21-də Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək.

Sport24.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq.

Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.

Püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş jurnalistlər arasında zəfər kubokunun təqvimi

12 iyul
10:00. Püşkatma mərasimi
20 iyul
11:00. Açılış mərasimi
12:00. A1 - A3
13:00. B1 - B3
15:00. A2 - A3
16:00. B2 - B3
17:00. A1 - A3
18:00. B1 - B3

21 iyul
10:00. Yarımfinal (A1 - B2)
11:00. Yarımfinal (B1 - A2)
12:00. Yoldaşlıq görüşü. Qusar OİK (U16) - Urva (U16)
13:00. 3-cü yer uğrunda görüş
14:00. Final
15:00. Mükafatlandırma