Voleybol üzrə Qızıl Avropa Liqasının qalibləri bəlli olub. Sport24.az xəbər verir ki, qadınların mübarizəsində həlledici matçda Çexiya və İsveç komandaları qarşılaşıblar.

 

Çexiyada keçirilən "Dördlər finalı"nda İsveç qalib olub. Skandinaviyalılar finalda meydan sahiblərini 3:2 hesabı ilə məğlub ediblər. 3-cü yeri Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Belçika tutub.

 

Xorvatiyada təşkil olunan kişilərin analoji turnirində Ukrayna voleybolçuları qələbəni bayram ediblər. Onlar finalda Xorvatiyaya 3:1 hesabı ilə qalib gəliblər. Estoniyanı məğlub edən Çexiya 3-cü olub.

 

Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasını 8-ci, kişilərdən ibarət komandamız isə sonuncu - 12-ci pillədə başa vurub. Çempion komandalar Azərbaycan yığmaları ilə oyunlarda 3:0 hesablı qələbə qazanıblar.