Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qalib müəyyənləşib. Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Azərreyl" "Xilasedici" ilə üz-üzə gəlib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) təmsilçisi hər 3 seti qalib başa vurub (25:19, 25:21, 25:23). 

Qeyd edək li, "Azərreyl" yarımfinalda "Murov Az Terminal"ı, "Xilasedici" isə "Neftçi"ni üstələmişdi.