Kişi voleybolçulardan ibarət “Murov” komandası Polşaya yollanıb.

Sport24.az xəbər verir ki, 2022/23 mövsümündə Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində “Murov”un yerli komandalarla bir neçə yoxlama matçı da planlaşdırılır.

“Murov” Çağırış Kubokunun 1/32 final mərhələsində Xorvatiya “Kitro Varazdin”i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.