Voleybol üzrə Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya Super Kubokunu qazanıb.

Sport24.az xəbər verir ki, 27 yaşlı oyunçu buna "CSM Lugoj" klubu ilə nail olub.

Komanda final matçında "CSO Voluntari"ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.

Xatırladaq ki, Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titul əldə edib.