Beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev yeni mövsümdə qadınlar arasında keçiriləcək avrokubok oyununa təyinat alıb. Sport24.az xəbər verir ki, o, "Türk Hava Yolları"nın 1/16 CEV kubokundakı ilk oyununu idarə edəcək.

 

Türkiyə klubunun rəqibi hələ müəyyənləşməyib. İstanbul təmsilçisinin rəqibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində uduzan komanda olacaq. Qarşılaşma noyabrın 11-də İstanbulda baş tutacaq.

 

Qeyd edək ki, oyunun digər hakimi çexiyalı Roman Marşnerdir.