Dünən Türkiyədə "Fənərbağça" və "Beşiktaş" arasında keçirilən qadınlar arasında FIBA Superkubok matçı yarımçıq dayandırılıb. Sport24.az xəbər verir ki, oyun başladıqdan 1 dəqiqə 50 saniyə sonra azarkeşlər arenaya yandırıcı maddələr atıblar.

 

Buna görə də, qarşılaşmanın baş hakimi görüşü yarımçıq saxlayıb və tərəfdarlar tribunadan təxliyə edilib.

 

Həmin matç  bu gün yenidən keçiriləcək.