Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" "Xilasedici" ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

 

Saat 18:00-da isə "Ordu" "Azərreyl"lə üz-üzə gələcək. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

 

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.