FİDE Dünya Kubokunun qalibi 19 yaşlı özbək şahmatçı Javohir Sindarov olub. Sport24.az xəbər verir ki, Sindarov bununla Dünya Kubokunu qazanmış ən gənc şahmatçı kimi tarixə düşüb.

 

Javohir Sindarov həm də 2026-cı ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə əldə edib.

 

Qeyd edək ki, Javohirlə yanaşı çinli Vei Yi və rusiyalı Andrey Esipenko da iddiaçılar turnirində iştirak etmək hüququ qazanıblar.