Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Murov Az Terminal" UNEC ilə üz-üzə gəlib.

 

"Murov Az Terminal"ın idman zalında baş tutan matç ev sahiblərinin 1:3 (24:26, 25:18, 19:25, 17:25) hesablı məğlubiyyəti ilə bitib.

 

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Milli Aviasiya Akademiyası" "Azərreyl"ə qalib gəlib - 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.