Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən ilk dəfə beynəlxalq matça təyinat alıb. Sport24.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda iştirak edəcək.

 

Azərbaycan millisinin sabiq üzvü noyabrın 27-də İstanbulda keçiriləcək "THY İstanbul" – "Avarca Menorca" (İspaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.