"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində "Napoli" ilə oyundakı səhvini etiraf edib. Sport24.az xəbər verir ki, müdafiəçi bu barədə qarşılaşmadan sonra yayımçı televiziyaya açıqlama verib.

Müdafiəçi buraxılan birinci qolda məsuliyyəti üzərinə götürüb:

"Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibimizin gücü hamıya bəlli idi. Buna baxmayaraq ilk hissədə yaxşı oynadıq. İkinci yarıda təəssüf ki, bəzi epizodlarda diqqətsizlik oldu. İlk qolda mən diqqətsizlik etdim. Topu daha yaxşı uzaqlaşdıra bilərdim Təəssüflər olsun ki, uduzduq. Hələ növbəti mərhələ şanslarımız var. Maksimum şəkildə qarşıdakı matça hazırlaşacağıq".

Qeyd edək ki, "Napoli" "Qarabağ"ı iki cavabsız qolla üstələyib.