"Liverpul" rəhbərliyi Arne Slotu işdən çıxarmaq qərarına gələrsə, "Tottenhem" və "Nottinqem Forest"in sabiq baş məşqçisi Ange Postekoqlu komandanın "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, niderlandlı məşqçi hələ də klubunun rəhbərlərinin dəstəyindən istifadə edir. 

 

Qeyd edək ki, Arne Slot 2024-cü ilin yayından "Liverpul"u çalışdırır. Onun rəhbərliyi altında "qırmızılar" 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. Komanda bu mövsüm bütün turnirlərdə doqquz oyunda məğlub olub.