UEFA Çempionlar Liqasında "Həftənin Oyunçusu" mükafatına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, ötən gecə Liqa mərhələsinin V turu yekunlaşıb.
Mükafat uğrunda dörd oyunçu mübarizə aparır. Kilian Mbappe (Real), Seru Qirassi ("Borussiya", Dortmund), Vitinya (PSJ) və Pyer-Emerik Obameyanq (Marsel).
Mbappe "Olimpiakos"a (4-3) dörd qol, Qirassi "Vilyarreal"a (4-0) iki qol, Vitinya "Tottenhem"ə (5-3) üç qol, Obameyanq isə "Nyukasl"a (2-1) iki qol vurub.
Qeyd edək ki, qalib UEFA-nın saytında səsvermə yolu ilə seçiləcək.