Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib. Sport24.az xəbər verir ki, "Azərreyl" həlledici raunda vəsiqə qazanıb.

 

Komanda yarımfinalın ikinci oyununda "Gəncə"yə uduzub - 2:3 (25:21, 25:20, 16:25, 17:25, 8:15)

 

İlk oyunda "dəmiryolçular" 3:0 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə görə, məhz onlar finala yüksəlib.

 

Qeyd edək ki, yarımfinal mərhələsinə bu gün yekun vurulacaq. "Abşeron" və "Murov Az Terminal" münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüşdə "Abşeron" qalib gəlib - 3:1.